İranda 400-dən çox məktəbli qız zəhərləndi

İranda 400-dən çox məktəbli qız zəhərləndi
DÜNYA
13:04 02.03.2023
167
İranda 400-dən çox məktəbli qız zəhərlənib.

AZXEBER.COM xəbər verir ki, İranın müxtəlif şəhərlərində məktəblərdə təxminən 3 aydır müşahidə edilən kütləvi zəhərlənmə halları ilə bağlı araşdırmalar davam edərkən, Ərdəbil vilayətində 400-dən çox şagirdin zəhərləndiyi bildirilib.

"Asriran” saytının xəbərinə görə, Ərdəbil Tibb Elmləri Universitetinin rektoru Əli Muhammediyan ötən gün əyalətdə 11 məktəbdə 400-dən çox tələbə qızın zəhərləndiyini bildirib.

Muhammediyan 302 şagirdin bir neçə saat ərzində ilk müalicəsindən sonra evə buraxıldığını, 100 şagirdin isə müşahidə altında saxlanıldığını bildirib.

Tələbələrin vəziyyətinin yaxşı olduğunu qeyd edən Muhammediyan lazımi müdaxilə ilə yanaşı, müayinələrin də aparıldığını və ətraflı məlumatın daha sonra ictimaiyyətlə paylaşılacağını əlavə edib.

Ayşən
OXŞAR XƏBƏRLƏR