İranın Natanz şəhəri ətrafında poladəritmə zavodunda karbon qazı olan silindr partlayıb.
Bu barədə ISNA məlumat yayıb.
"İmamzadə rayonundakı Xalidabad polad zavodunda karbon qazı olan silindrin partlaması nəticəsində 7 nəfər xəsarət alıb. Bir nəfəri isə xilas etmək mümkün olmayıb", - məlumatda deyilir.
Ölənlərin hamısının Əfqanıstan vətəndaşları olduğu dəqiqləşdirilir. Onlar tibb məntəqələrinə göndəriliblər.
Partlayışın səbəbləri araşdırılır.
/Report