İranda zəncirvari qəza: Çox sayda ölən və yaralı var

İranda zəncirvari qəza: Çox sayda ölən və yaralı var
DÜNYA
18:54 25.12.2021
402
İranın cənub-qərbindəki Xuzistan əyalətində zəncirvari qəza baş verib.

Qəza səhər saatlarında əyalətin mərkəzi şəhəri Əhvaz ilə Hürrəmşəhir rayonu arasındakı yolda olub.

Bildirilib ki, yük maşını və avtobusun da toqquşduğu qəza nəticəsində 10 nəfər ölüb, beş nəfər xəsarət alıb.

Yaralıların ətraf xəstəxanalara aparıldığı, qəzanın səbəbləri ilə bağlı araşdırmaların davam etdiyi açıqlanıb.
OXŞAR XƏBƏRLƏR