İranda keçirilən nümayişlərlə bağlı həbs edilən 16 yaşlı Ərşiyyə İmamkolizadənin həbsdən çıxdıqdan sonra intihar edib.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, İranda Məhsa Əmininin qətlindən sonra başlayan etiraz aksiyaları ilə bağlı həbs olunan 16 yaşlı gəncin hicab qaydalarına əməl etmədiyi və saxlandıqdan sonra intihar etdiyi bildirilib.
Bu barədə müxalifətin İran Müəllimlər Həmkarlar İttifaqı Koordinasiya Şurasının sosial media hesabından açıqlama verilib. Açıqlamada Şərqi Azərbaycan vilayətinin Culfa şəhərində həbs edilən 16 yaşlı Ərşiyyə İmamkolizadənin 10 gün həbsdə qaldıqdan sonra zaminə buraxıldıqdan iki gün sonra intihar etdiyi bildirilib.
Dəfnlə bağlı sosial mediada paylaşılan görüntülərdə məzar başında ağlayan uşağın anası olduğu bildirilən qadın gözyaşlarını saxlaya bilməyib.
Qeyd edək ki, Məhsa Əmininin ölümündən sonra başlayan etirazlarda bəzi gənclər arasında yayılan "küçədə dindarların türbanlarını çıxartma hərəkəti” səbəbindən intihar edən uşağın həbs edildiyi bildirilib.
Mikayıl