İran ABŞ-ın yeni sanksiyalarına qəti və sürətlə cavab verəcəyini açıqlayıb.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, İranın Xarici İşlər Nazirliyinin sözçüsü Nasser Kenani verdiyi yazılı açıqlamada Vaşinqton rəhbərliyinin Tehranın neft və neft-kimya məhsulları ticarətini dəstəkləyən 6 şirkəti sanksiyalar siyahısına əlavə etməsinə reaksiya verib.
İran ABŞ-ın ölkə neftini hədəf alan yeni sanksiyalarına qəti və tez cavab verəcəyini və sanksiyaların ölkə iqtisadiyyatı, eyni zamanda ticarətinə mümkün təsirlərini aradan qaldırmaq üçün bütün lazımi tədbirləri görəcəyini açıqlayıb.
Ayşən