İrandan ABŞ-yə açıq təhdid: “Bizə hücum etsəniz, cavab verəcəyik”

İrandan ABŞ-yə açıq təhdid: “Bizə hücum etsəniz, cavab verəcəyik”
DÜNYA
15:16 07.09.2026
50
İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf ABŞ-yə qarşı sərt xəbərdarlıq edib.

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Qalibaf bildirib ki, ABŞ İranın neft tankerlərinə hücum edərsə, bölgədəki Amerika neft və təbii qaz şirkətlərinin obyektləri də hədəfə alına bilər.

O, ABŞ müdafiə naziri Pit Heqsetin İranın neft tankerlərinin "məhv ediləcəyi və batırılacağı” barədə açıqlamasına münasibət bildirib.

Qalibaf bölgədə neft və qaz istehsalı zəncirinin geniş əraziyə yayıldığını və bu obyektlərin əlçatan olduğunu vurğulayıb.

"Varlıqlarımıza hücum etsəniz, siz də hücuma məruz qalacaqsınız. Bunu daha əvvəl sübut etmişik”, – deyə Qalibaf bildirib.

Xatırladaq ki, ABŞ müdafiə naziri Pit Heqset sentyabrın 5-də İranın ABŞ hərbi gəmilərinə atəş açacağı təqdirdə İranın neft tankerlərini məhv edib batıracaqlarını açıqlamışdı. O, İranın tanker donanmasının müdafiəsiz olduğunu və ABŞ-ın təyyarə, gəmi və sualtı qayıqları ilə bu gəmilərə zərbə endirə biləcəyini bildirmişdi.

Qalibafın açıqlaması ABŞ və İran arasında neft tankerləri və bölgədəki enerji obyektləri ilə bağlı gərginliyin daha da artdığını göstərir.
 
Gülay
OXŞAR XƏBƏRLƏR