İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf ölkəsinin neft ixracına maneə yaradılacağı təqdirdə regiondakı digər ölkələrin də neft sata bilməyəcəyini bildirib.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Qalibaf ABŞ-la yaşanan gərginlik fonunda Hörmüz boğazı və regiondakı enerji infrastrukturu ilə bağlı sərt açıqlamalar verib.
O, sosial media hesabında paylaşdığı açıqlamada "ya hamı, ya heç kim” prinsipini vurğulayaraq, İranın neft sata bilmədiyi bir bölgədə heç kimin neft sata bilməyəcəyini bildirib.
Qalibaf həmçinin İranın infrastrukturu təhlükəsiz olmadığı müddətdə regiondakı heç bir infrastrukturun təhlükəsiz olmayacağını qeyd edib.
Parlament sədri Hörmüz boğazının təhlükəsizliyinin ABŞ qüvvələrinin regionda olmamasından asılı olduğunu deyib və boğazdakı vəziyyətin əvvəlki halına qayıtmayacağını bildirib.
Gülay











































