İrandan açıqlama: İsfahandakı partlayış hücum nəticəsində baş verməyib

DÜNYA
12:56 08.10.2024
170
İran İnqilabı Keşikçiləri Korpusu İsfahan şəhəri yaxınlığında baş verən partlayışın müdafiə sisteminin sınağı nəticəsində baş verdiyini açıqlayıb.
 
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, bu haqda İSNA İnqilab Keşikçiləri Ordusunun verdiyi yazılı açıqlamanı dərc edib.

Açıqlamada, "Dünən gecə yarısı müdafiə sisteminin sınaq fəaliyyətinə görə partlayış səsi və parlaq obyektin görünməsi meydana gəldi. Düşmən hücumu və ya manevr iddiaları həqiqəti əks etdirmir" ifadələri yer alıb.

Qeyd edək ki, gecə yarısı İsfahan şəhərində partlayış səsi eşidilib və sosial mediada partlayışın hücum nəticəsində baş verdiyi iddia edilib.

Oktyabrın 1-də İranın İsrailə ballistik raket hücumundan sonra onun nüvə obyektlərinin İsrail tərəfindən hədəfə alına biləcəyi gündəmə gəlib.
 
Gülay
OXŞAR XƏBƏRLƏR