İrandan Azərbaycana 11 kq qızılın qanunsuz keçirilməsinin qarşısı alındı - RƏSMİ

İrandan Azərbaycana 11 kq qızılın qanunsuz keçirilməsinin qarşısı alındı - RƏSMİ
SİYASƏT
14:09 02.06.2022
747
İrandan Azərbaycana 11 kq-a yaxın qızılın qanunsuz keçirilməsinin qarşısı alınıb.

AZXEBER.COM xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən məlumat verilib.

İyun ayının 1-də saat 03:20 radələrində Yardımlı rayonunun Avaş kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində 2 nəfər naməlum şəxsin dövlət sərhədini pozaraq İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətinə doğru hərəkət etməsi sərhəd naryadı tərəfindən müşahidə edilmişdir.

Sərhəd zastavası dərhal "Silaha” komandası ilə qaldırılmış, ərazi qapadılmış, yerli hüquq mühafizə orqanları məlumatlan­dırılaraq sərhəd pozucularının təqibinə başlanılmışdır.

Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birgə həyata keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində sərhəd pozucularından biri təqib olunaraq yaşadığı evinin həyətyanı sahəsində saxlanılmışdır. Onun Yardımlı rayonu­nun Avaş kənd sakini 1986-cı il təvəllüdlü Quliyev Mehman Valeh oğlu olması müəyyənləşdirilmişdir. Araşdırma zamanı M.Quliyev həmkəndlisi 1990-cı il təvəllüdlü Mayılov Rahim Abdulla oğlu ilə birgə digər həmkəndlisi Ağayev Nazim İmanali oğlunun sifarişi əsasında İrandan qızıl-zinət əşyaları gətirmək məqsədilə dövlət sərhədini pozmalarını etiraf etmişdir.

M.Quliyevin yaşadığı evə baxış keçirilərkən 10 kiloqram 790 qram qızıla bənzər zinət əşyaları aşkarlanmış, cinayətin digər iştirakçısı R.Mayılovun saxlanılması məqsədilə keçiril­miş axtarış tədbirləri zamanı onun yaşadığı evdən qaçaraq gizlənməsi məlum olmuşdur. Polis əməkdaşları ilə birgə R.Mayılovun yaşadığı mənzilə baxış keçirilərkən qaçaqmalçılıq yolu ilə İİR-dən gətirilmiş 7050 qutu "MARLBORO” markalı siqaretlər aşkar oluna­raq götürülmüşdür.

Qaçaqmalın sifarişçisi Avaş kənd sakini 1978-ci il təvəllüdlü Ağayev Nazim İmanali oğlu saxlanılmış, R.Mayılovun axtarışı üzrə tədbirlər davam etdirilir.
 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycan sədr seçildi – Ölkəmiz son illərdə hansı təşkilatlara rəhbərlik edib?
12:20 08.10.2026
Azərbaycan sədr seçildi – Ölkəmiz son illərdə hansı təşkilatlara rəhbərlik edib?
Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi oldu
12:04 08.10.2026
Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi oldu
Abşeron xəstəxanasının baş həkiminin müavini bıçaqlandı
11:58 08.10.2026
Abşeron xəstəxanasının baş həkiminin müavini bıçaqlandı
İlham Əliyev Türkmənbaşıda tədbirdə iştirak etdi - FOTOLAR
11:43 08.10.2026
İlham Əliyev Türkmənbaşıda tədbirdə iştirak etdi - FOTOLAR
"Nəqliyyat Mərkəzi Asiya dövlətləri ilə Azərbaycan arasında əməkdaşlığın əsas sahələrindən biridir"
11:40 08.10.2026
"Nəqliyyat Mərkəzi Asiya dövlətləri ilə Azərbaycan arasında əməkdaşlığın əsas sahələrindən biridir"
Paşinyan: MDB sammitində Azərbaycan və Rusiya liderləri ilə təmaslarımız olacaq
11:38 08.10.2026
Paşinyan: MDB sammitində Azərbaycan və Rusiya liderləri ilə təmaslarımız olacaq
"Azad edilmiş ərazilərin bərpasına qardaş dəstəyi bizim üçün xüsusi əhəmiyyət daşıyır"
11:34 08.10.2026
"Azad edilmiş ərazilərin bərpasına qardaş dəstəyi bizim üçün xüsusi əhəmiyyət daşıyır"
Qaradağda 23 kiloqramdan artıq narkotik vasitə aşkarlandı
11:28 08.10.2026
Qaradağda 23 kiloqramdan artıq narkotik vasitə aşkarlandı
Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açıldı
11:19 08.10.2026
Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açıldı
Prezident: Azərbaycan Qazaxıstan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir
11:17 08.10.2026
Prezident: Azərbaycan Qazaxıstan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir
Azərbaycan 2027-ci ildə Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşünə sədrlik edəcək
11:15 08.10.2026
Azərbaycan 2027-ci ildə Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşünə sədrlik edəcək
Qırğızıstan Prezidenti: Mərkəzi Asiya və Azərbaycan vahid turizm məkanı formalaşdırmalıdır
11:14 08.10.2026
Qırğızıstan Prezidenti: Mərkəzi Asiya və Azərbaycan vahid turizm məkanı formalaşdırmalıdır
"Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi ötən il 50 faizdən çox artıb"
11:14 08.10.2026
"Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi ötən il 50 faizdən çox artıb"
Bu marşrutlarının hərəkət sxemi dəyişdirildi
11:12 08.10.2026
Bu marşrutlarının hərəkət sxemi dəyişdirildi
"Son illərdə Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə qarşılıqlı fəaliyyəti xeyli genişlənib"
11:11 08.10.2026
"Son illərdə Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə qarşılıqlı fəaliyyəti xeyli genişlənib"
Sadır Japarov: Azərbaycanın sədrliyi əməkdaşlığımıza yeni təkan verəcək
11:09 08.10.2026
Sadır Japarov: Azərbaycanın sədrliyi əməkdaşlığımıza yeni təkan verəcək