İrandan Azərbaycana daha 84 nəfərin təxliyəsi baş tutub. AZXEBER.COM "Report"az istinadən xəbər verir ki, saat 16:00-18:00 aralığında təxliyə olunanların 3-ü Azəraycan vətəndaşıdır. İki saat ərzində Çinin 65, Belarusun 3, Pakistanın 3, Rusiyanın 2, Almaniyanın isə 1 vətəndaşı təxliyə edilib. Saat 16:00-18:00 aralığında təxliyə olunanlardan 7-si Meksikanın diplomatları olub. Onların təxliyəsi "Astara" dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə həyata keçirilib.