İrandan BMT-yə çağırış - İsrailin qətllərini dayandırmaq üçün səy göstərin

DÜNYA
14:38 16.10.2024
226
Abbas Erakçi həmkarı ilə regional məsələləri müzakirə edib.

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, İranın rəsmi xəbər agentliyi İRNA-nın məlumatına görə İranın xarici işlər naziri Abbas Erakçi BMT-nin baş katibi Antonio Quterreş və fransalı həmkarı Jan-Noel Barro ilə regional məsələləri müzakirə edib.

Erakçi Quterreşdən İsrailin qətllərini dayandırmaq, Qəzza və Livana humanitar yardımın daxil olmasını təmin etmək üçün əllərində olan bütün vasitələrdən istifadə etmələrini istəyib.

Müharibənin bitməsi üçün siyasi həll və yardım tapmağa çalışdıqlarını ifadə edən Quterreş bölgədə gərginliyin artmasından narahat olduqlarını bildirib.

Digər tərəfdən, Erakçi və fransalı həmkarı Barrot görüşdə bölgədəki son hadisələri dəyərləndiriblər.

Livana qarşı hücumlarının dayandırılması lazım olduğunu vurğulayan iranlı nazir İsrailin bölgədə yeni avantüralara başlamasına qarşı xəbərdarlıq edib.
 
Gülay
OXŞAR XƏBƏRLƏR