İrandan bu ölkəyə qaz tədarükü tamamilə dayandırıldı
DÜNYA
20:45 18.03.2026
239
İrandan İraqa qaz tədarükü tamamilə dayandırılıb.
AZXEBER.COM xəbər verir ki, bu barədə İraqın Elektroenergetika Nazirliyi məlumat yayıb.
"Shafaq News” saytının məlumatına görə, İranın qaz infrastrukturuna edilən hücumdan sonra qaz tədarükünün dayandırılması İraq elektrik şəbəkəsində 3 min meqavatdan enerjinin itirilməsinə səbəb olub.
Nazirliyin sözçüsü Əhməd Musa əl-Abadinin sözlərinə görə, qaz nəqli həcmi sıfıra düşüb və bu, elektrik istehsalına ciddi zərbə vurub. Bu, elektrik sistemində pozuntulara səbəb olub və səlahiyyətli qurumlar yaranan çatışmazlığı aradan qaldırmaq üçün təcili tədbirlər görürlər.