İrandan daha bir hiyləgər addım

DÜNYA
15:23 12.05.2012
2169
İran hökuməti ölkənin neft bölməsininin özəlləşdirilməsinə başlayıb. Məqsəd neft ixractında özəl bölmənin payını 20 faizə çatdırmaqadır. Bu barədə İranın neft, neft məhsulları və qaz ixracatçıları birliyinin başçısı Həsən Xosrocerdi bildirib.  ANS "Press TV" telekanalına istinadən bildirir ki, bununla Avropa Birliyi (AB) və ABŞ tərəfindən İrana qarşı tətbiq edilmiş saknsiyalardan yan keçmək ehtimal edilir.  Hazırda ölkənin bütün nefti dövlət tərəfindən ixrac edilir və əqdlər Mərkəzi Bank vasitəsi ilə gerçəkləşdirilir, ona qarşı da sanksiyalar tətbiq edilir. Özəl bölmə isə birbaşa idxalçılarla əlaqəyə girərək bu məhdudiyyətlərdən qaça bilər.

OXŞAR XƏBƏRLƏR