İrandan dünya azərbaycanlılarının həmrəyliyinə qarşı təxribat - VİDEO

İrandan dünya azərbaycanlılarının həmrəyliyinə qarşı təxribat - VİDEO
DÜNYA
21:57 21.01.2023
335

2014-cü ildən etibarən İranın ali rəhbəri Əli Xameneyinin Ərdəbil əyaləti üzrə nümayəndəsi və Ərdəbilin imam-cüməsi, eləcə də ölkənin mühüm qurumlarından biri olan Ekspertlər Şurasının üzvü Ayətullah Seyid Həsən Amilinin təşəbbüsü ilə hər il yanvar ayının 19-u bu ölkədə, xüsusən onun azərbaycanlılar yaşayan əyalətlərində "Dünya Müsəlman Azəriləri Günü” kimi qeyd olunur.

31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Gününə alternativ və cavab kimi düşünülmüş bu tarixin seçilməsi aşağıdakı kimi əsaslandırılır: "19 yanvar 1990-cı ildə Sovet hökumətinin zəifləməsi ilə 70 il özünün tarixi vətəni İrandan, islami və şiə kimliyindən uzaq qalmış Azərbaycan Respublikası əhalisi İran sərhədlərinə axışdı, "Allahu Əkbər”, "La ilahə illəllah” şüarları səsləndirərək, tikanlı məftilləri qırdılar, çətin və təhlükəli bir şəraitə baxmayaraq, İran torpağına daxil oldular. Onlar hər şeydən öncə öz ana vətənləri İranın torpağını öpdülər. Sonra məscidlərə gedərək, namaz qıldılar. Bu dönüş günü Azərbaycanın müasir tarixinə azərbaycanlıların iranlı və islami kimliyinə qayıdış günü kimi daxil oldu”.

Göründüyü kimi, Molla rejiminin ideoloqları çoxlarının yaxşı xatırladığı yaxın tarixin hadisələrini həyasızcasına təhrif edir, 1989-cu ilin sonunda baş vermiş sərhəd hərəkatının, həmçinin 1990-cı ilin 20 yanvarı ərəfəsi və sonrasında baş vermiş proseslərin mahiyyətini başqa cür təqdim etməyə çalışırlar.

Daha dəqiq desək, soyuq qış günlərində min bir əziyyətlə, bütün maneələri aşaraq öz qan qardaşları ilə ayrılığa və az qala iki əsrlik həsrətə son qoymaq üçün Quzey Azərbaycan əhalisinin bütövlük amalı ilə Arazın o tayına üz tutması azərbaycanlıların guya İrana və islama can atması kimi qələmə verilir. Həmin saxta tezis srağagün, yəni yanvarın 19-da Ərdəbilin Şeyx Səfi kompleksindəki Xətayi salonunda keçirilən növbəti mərasimdə də dönə-dönə təkrar edilib.

"Azad İran” "Youtube” kanalının mövzu ilə bağlı hazırladığı süjeti təqdim edirik:


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Prezident Qlobal Media Forumundan paylaşım etdi - VİDEO
23:54 19.07.2025
Prezident Qlobal Media Forumundan paylaşım etdi - VİDEO
Paolo von Şirak: Azərbaycan inkişaf edən gənc və gələcəyi parlaq ölkədir - VİDEO
23:46 19.07.2025
Paolo von Şirak: Azərbaycan inkişaf edən gənc və gələcəyi parlaq ölkədir - VİDEO
Aİ bu tarixdən benzinlə işləyən avtomobilləri qadağan edəcək
23:37 19.07.2025
Aİ bu tarixdən benzinlə işləyən avtomobilləri qadağan edəcək
Dağıstanda yol qəzasında 18 uşaq yaralanıb
23:21 19.07.2025
Dağıstanda yol qəzasında 18 uşaq yaralanıb
Suriya qüvvələri Əs-Suveydanın şimal və qərbində mövqe tutub
23:06 19.07.2025
Suriya qüvvələri Əs-Suveydanın şimal və qərbində mövqe tutub
Çin Tibetdə dünyanın ən böyük su elektrik stansiyasının tikintisinə başlayıb
22:52 19.07.2025
Çin Tibetdə dünyanın ən böyük su elektrik stansiyasının tikintisinə başlayıb
"Neftçi"nin yeni transfer hədəfi məlum oldu
22:42 19.07.2025
"Neftçi"nin yeni transfer hədəfi məlum oldu
Tramp: "İranın yeni nüvə obyektləri məhv edilə bilər"
22:24 19.07.2025
Tramp: "İranın yeni nüvə obyektləri məhv edilə bilər"
Sumqayıtda tanışını bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanıldı
22:05 19.07.2025
Sumqayıtda tanışını bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanıldı
Prezident: Azərbaycan ilə Ermənistan arasında etimadın zəmanəti beynəlxalq hüquq normaları olmalıdır
21:54 19.07.2025
Prezident: Azərbaycan ilə Ermənistan arasında etimadın zəmanəti beynəlxalq hüquq normaları olmalıdır
Ukrayna Rusiyaya yeni danışıqlar raundu keçirməyi təklif edib
21:43 19.07.2025
Ukrayna Rusiyaya yeni danışıqlar raundu keçirməyi təklif edib
“Azərbaycan mediasının inkişafı məni çox sevindirir” - İlham Əliyev
21:39 19.07.2025
“Azərbaycan mediasının inkişafı məni çox sevindirir” - İlham Əliyev
İlham Əliyev: Fransa ilə Yeni Kaledoniya arasında baş verən hadisə tarixi presedentdir
21:33 19.07.2025
İlham Əliyev: Fransa ilə Yeni Kaledoniya arasında baş verən hadisə tarixi presedentdir
ADSEA jurnalistlərin 150 illik yubiley bayramını təbrik etdi - FOTOLAR
21:27 19.07.2025
ADSEA jurnalistlərin 150 illik yubiley bayramını təbrik etdi - FOTOLAR
Azərbaycan Prezidenti: Artıq cənnətin kiçik bir parçasını öz gözlərimizlə görürük
21:06 19.07.2025
Azərbaycan Prezidenti: Artıq cənnətin kiçik bir parçasını öz gözlərimizlə görürük
Prezident: Biz xarici investorları enerji sektoruna cəlb edirik
21:02 19.07.2025
Prezident: Biz xarici investorları enerji sektoruna cəlb edirik