İrandan gələn azərbaycanlı qadının üzərində narkotik vasitə tapılıb

KRİMİNAL
16:32 12.02.2014
1305
Gömrükçülər İrandan gələn azərbaycanlı qadının üzərində narkotik vasitə tapıblar.
Dövlət Gömrük Komitəsindən (DGK) Trend-ə verilən məlumata görə, Astara Gömrük İdarəsinin sərnişin şöbəsində İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada yolla gələn Azərbaycan vətəndaşı Əzizə Məmmədova gömrük nəzarətindən keçərkən onun üzərində şəxsi yoxlama aparılıb.
Yoxlama zamanı onun üzərində 1 ədəd bükümdə, xalis çəkisi 146,30 qram olan narkotik vasitə - həşiş aşkar olunub.
Faktla əlaqədar araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR