Bu il İrandan Həccə gedən zəvvarların 15-i ziyarət zamanı vəfat edib.
“Asriran” saytına istinadən verilən məlumatına görə, onların çoxu ürək tutmasından, qalanları isə insultdan və qan sızmadan keçinib.
Vəfat edən zəvvarların 5-i Səudiyyə Ərəbistanda, qalanları isə İrana gətirilərək dəfn olunacaq. Dünyasını dəyişən zəvvarlardan biri Qərbi Azərbaycan vilayətinin sakinidir.(Apa)