İran Hörmüz boğazından keçən gəmilərə yeni qaydalar tətbiq edir.
İran Hörmüz boğazından tranzit keçən və Tehranın müəyyən etdiyi qaydalara əməl etməyən gəmilərə qarşı sərt tədbirlər görülə biləcəyi barədə xəbərdarlıq edib.
İranın strateji marşruta nəzarət məqsədilə yaratdığı körfəzdə Boğaz İşləri İdarəsinin yaydığı məlumata görə, qaydaları pozan gəmi sahibləri cərimə, saxlanılma və hətta gəminin müsadirə edilməsi ilə üzləşə bilərlər. Qurum gəmi sahiblərinə körfəz ilə bağlı reyslər üçün tələblərə cavab verməyən gəmilərin yenilənmiş siyahısı ilə tanış olmağı tövsiyə edib.
Bildirilir ki, siyahıya gəmilərdən birinin müəyyən edilmiş tələblərə cavab vermədiyi halda, yüklərin bir gəmidən digərinə ötürülməsi əməliyyatlarında iştirak edən digər gəmilər də daxil edilə bilər.
İranın qaydalarına uyğun olmadığı üçün siyahıya salınan gəmi sahibləri həmin gəmilərin siyahıdan çıxarılması üçün ölkənin dənizçilik orqanlarına əsaslandırılmış müraciət göndərə bilərlər.
///modern.az///











































