AZXEBER.COM bu barədə IRNA agentliyinə istinadən xəbər verir.
İsrail tərəfindən atəşkəs rejiminin dəfələrlə pozulması ilə əlaqədar xəbərdarlıq edirik: əgər bu təhdid reallaşarsa, şimal rayonlarının və işğal olunmuş ərazilərdəki hərbi məskunlaşma məntəqələrinin sakinləri təhlükəyə məruz qalmaq və xəsarət almaq istəmirlərsə, bu əraziləri tərk etməlidirlər", - deyə bəyanatda bildirilir.
Daha əvvəl İranın "Tasnim" agentliyi məlumat yaymışdı ki, İsrailin Livan ərazisinə endirdiyi zərbələr səbəbindən İran danışıqlar prosesi çərçivəsində ABŞ ilə mesaj mübadiləsini dayandırır.
Məlumata görə, Tehran İsrail qoşunları Livan ərazisindən tamamilə çıxarılmayana və zərbələr dayandırılmayana qədər Vaşinqtonla danışıqları bərpa etməyəcək.











































