İrandan İsraillə bağlı yeni açıqlama: Bizim prioritetimiz...

İrandan İsraillə bağlı yeni açıqlama: Bizim prioritetimiz...
DÜNYA
11:38 08.08.2024
169
İranın BMT-dəki daimi nümayəndəsi Səid İrəvani Təl-Əviv rəhbərliyinin Qəzzaya hücumları dayandıracağı təqdirdə Tehranın İsrailə hücum niyyətindən əl çəkəcəyini deyib.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, o, bu barədə Əl-Cəzirə telekanalına açıqlama verib.

"Bizim prioritetimiz hücumların daimi olaraq dayandırılmasını və Qəzzada işğalçı qüvvələrin geri çəkilməsini təmin etməkdir. Bundan əlavə, prioritetimiz Haniyənin öldürülməsində iştirak edən hücumçuların cəzalandırılmasıdır. Digər prioritetimiz hücumların təkrarlanmasının qarşısını almaqdır" - deyə İrəvani deyib.

Qeyd edək ki, HƏMAS Siyasi Bürosunun lideri İsmayıl Haniyənin öldürülməsindən sonra İranın İsrailin Qəzzaya hücumlarını daimi dayandırmaq müqabilində Tehranın hücum niyyətindən əl çəkəcəyi iddiaları irəli sürülüb.
 
Mikayıl
OXŞAR XƏBƏRLƏR