İrandan psixotrop dərman keçirmək istədi

İrandan psixotrop dərman keçirmək istədi
SOSİAL
10:45 29.01.2019
4485
Dövlət Gömrük Komitəsinin Cənub Ərazi Baş Gömrük İdarəsinin Astara gömrük postunda İrandan piyada yolla gələn Azərbaycan vətəndaşının hərəkətləri şübhə doğurduğu üçün saxlanılıb və üzərində şəxsi yoxlama aparılıb.

Komitədən AZXEBER.COM-a verilən məlumata görə, şəxsi yoxlamadan əvvəl vətəndaş üzərində dərman pereparatlarının olduğunu bildirib və gömrük əməkdaşlarına təqdim edib. Baxış zamanı üzərində "Alprazolam 1" yazısı olan hər birində 10 ədəd həb olmaqla 17 konvalyut dərman preparatı aşkarlanıb.

Xatırladaq ki, alprazolam "Azərbaycan Respublikasının ərazisində dövriyyəsinə nəzarət edilən psixotrop maddələr"in III siyahısına daxildir

Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR