İrandan İsrail-Həmas münaqişəsi ilə bağlı yeni açıqlama verilib.
Nazir İsrailin Qəzzaya hücumlarının həyəcanverici həddə çatdığını və nəzarətin hər an bütün tərəflər tərəfindən itirilməsi ehtimalının olduğunu açıqlayıb.
Abdullahiyan deyib: "ABŞ və bəzi Avropa ölkələrinin sionist rejimə kor-koranə dəstəyi və Qəzza xalqına qarşı qırğın və soyqırımları ucbatından Qərbi Asiya regionunda vəziyyət bütün ölkələr üçün qorxulu səviyyəyə çatıb. Nəzarət istənilən vaxt bütün tərəflərdə itirilə bilər", - deyə bildirib.
İsrailin hücumlarının tez bir zamanda dayandırılması və Qəzzaya humanitar yardımların çatdırılması lazım olduğuna diqqət çəkən İranlı nazir fələstinli qrupların İsrailə qarşı öz torpaqlarını müdafiə etmək hüququna malik olduğunu və bunun beynəlxalq hüquqa və Birləşmiş Ştatların şərtlərinə uyğun olduğunu xatırladıb.
Mikayıl