İrandan turistlərə təkbaşına səyahət qadağası

İrandan turistlərə təkbaşına səyahət qadağası
DÜNYA
21:22 24.08.2025
200
İran Xarici İşlər Nazirliyi xarici turistlərin İrana təkbaşına səyahətini qadağan edib və viza almaq üçün tələb olunan şərtləri xeyli sərtləşdirib.

AZXEBER.COM Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə "Azad İran" məlumat yayıb.

Yeni qaydalara əsasən, viza müraciətçiləri sosial media hesablarına qədər şəxsi məlumatlarını təqdim etməlidirlər. Bundan əlavə, rəsmi turizm agentliyi ilə müqavilə, hotel rezervasiyası təsdiqi, tam səyahət marşrutu və lisenziyalı bələdçi ilə müşayiət olunmaq məcburidir.

Əlavə olaraq, müraciət edənlərdən CV, təhsil və səyahət tarixçəsi də tələb olunur. İran səfirlikləri ərizələri 2-3 həftə ərzində araşdıracaq.

Qeyd olunur ki, İran hökuməti İsraillə 12 günlük müharibədən sonra ölkədə təhlükəsizlik nəzarətini gücləndirib. Rəsmilərin açıqlamasına görə, müharibədən sonra İrana gələn xarici turistlərin sayı 53% azalıb.
OXŞAR XƏBƏRLƏR