İran İslam Respublikasının minalardan təmizləmə mərkəzinin nümayəndə heyətinin Ermənistana səfəri davam edir.
AZXEBER.COM Azad İran telegram kanalına istinadən xəbər verir ki, İrandan Minatəmizləmə Mərkəzinin nümayəndə heyəti İrəvanda qondarma "Soyqırımı Memorialı"nı ziyarət edib.
İranın Minalardan Təmizləmə Mərkəzinin rəhbəri general Məhəmmədhüseyn Əmir Əhmədinin rəhbərlik etdiyi nümayəndə heyəti Ermənistanın tarixi və mədəni yerlərinə, o cümlədən İrəvandakı Göy məscidə baş çəkib.
