Kiyomers Haydari: "Hazırda sərhələrimizdə Türkiyə də
təlim keçirir”.
AZXEBER.COM xəbər verir ki, bu sözləri İran Quru Qoşunları
Komandanı Kiyomers Haydari Azərbaycan-Ermənistan sərhədində "Xayberi Fəth edənlər”
təlimindən danışarkən deyib.
O deyib ki, Quru Qoşunları Komandanlığı
tərəfindən həyata keçirilən təlim zirehli və artilleriya bölmələri, pilotsuz
uçuş aparatları (PUA), elektron müharibə bölmələri və vertolyot atəşi ilə başlayıb.
Haydari istehsal etdikləri
2 tank əleyhinə silah və bəzi digər silahların təlimdə nümayiş ediləcəyini bildirib.
Təlim haqqında danışan
Haydari Türkiyənin də İranla sərhəddə
təlim keçirdiyini bildirib: "Bu təlimlər hazırlıq səviyyəsini artırmaq məqsədilə
həyata keçirilir. Eyni şəkildə qonşu ölkələrdə də təlimlər keçirilir. Keçən ay
sərhədlərimizdə 4-5 təlim keçirilib. Hazırda sərhələrimizdə Türkiyə də təlim
keçirir və bu proses davam
edir”.
Haydari, İranın keçirdiyi təlimin konkret səbəblərindən
danışmayıb: "İran bu bölgədəki ölkələrin rəsmi sərhədlərinin dəyişdirilməsinə
həssas yanaşır və bunu qəbuledilməz hesab edir. Hüquqi sərhədlər qorunmalıdır”.
Onu da qeyd edək ki, təlimin
Azərbaycan Prezidenti İlham Əliyevin İranın daha əvvəl sərhəddə keçirdiyi təlimlərə
reaksiyasından sonra baş verməsi diqqət çəkib.
İlham Əliyevin sentyabrın
27-də İkinci Qarabağ müharibəsinin 1-ci ilində Anadolu Agentliyinə müsahibəsində
İran yük maşınlarının işğaldan azad edilmiş Qarabağ bölgəsinə qanunsuz göndərildiyini
bildirmişdi.
Azərbaycanın işğaldan
azad edilmiş bölgəyə göndərilən İran yük maşınlarını idarə etməyə başladıqdan dərhal
sonra İranın Azərbaycan sərhədində təlimlərə başladığını qeyd edən İlham Əliyev
söyləmişdi: "Hər şeydən əvvəl hər bir ölkənin istədiyi hərbi təlimi edə biləcəyini
söyləməliyəm, öz ərazisidir, bu, onun suveren haqqıdır. Heç kim bu barədə bir
söz deyə bilməz. Amma bunu zaman kəsiyində təhlil etdikdə görürük ki, bu, heç
vaxt olmayıb. Niyə indi və niyə sərhədimizdə? Bu suallar mənim tərəfimdən
verilmir, amma Azərbaycan cəmiyyəti tərəfindən verilir. Bu sual bütün dünyadakı
azərbaycanlıları maraqlandırır”.
Aydın Nuri