İranda yanacaq daşıyan 2 tanker SAXLANILDI

İranda yanacaq daşıyan 2 tanker SAXLANILDI
DÜNYA
12:25 01.04.2025
203
İranda qaçaqmalçılıq yolu ilə yanacaq daşıdığı müəyyən edilən iki xarici neft tankerinə qarşı əməliyyat keçirilib.
 
AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə İran İnqilab Keşikçiləri Korpusu açıqlama yayıb.
 
Məlumata görə, İranın Fars körfəzində 3 milyon litrdən çox qaçaq yanacaq daşıyan "Star 1” və "Vintag” adlı xarici neft tankerlərinin ələ keçirildiyi və hadisə ilə bağlı 25 nəfərin saxlanıldığı bildirilib.
 
Açıqlamada, ələ keçirilən neft tankerlərinin mənsub olduğu ölkə, təyinat yerləri və ekipajın milliyyəti ilə bağlı məlumat verilməsə də, gəmilərin kəşfiyyat əməliyyatı ilə müəyyən edildiyi və ədliyyə orqanları ilə razılaşdırıldıqdan sonra boşaldılmaq üçün Buşehr limanına aparılacağı qeyd edilib.
 
Oksana
OXŞAR XƏBƏRLƏR