"İranı etirazlar boğacaq"

"İranı etirazlar boğacaq"
DÜNYA
17:52 27.02.2023
267
"İranı etirazlar boğacaq".
 
AZXEBER.COM xəbər verir ki, bu sözləri siyasi şərhçi Azər Niftiyev deyib.
 
O bildirib ki, İran növbəti dəfə Ermənistana yardım etməyə hazırlaşır: İran 44 günlük müharibədə yaralanan ermənilərə dəstək verməyə hazırlaşır. İranın əmək və sosial rifah naziri Sultan Mortazavi ermənistanlı həmkarı ilə görüşündə bildirib ki, İran Ermənistanla birlikdə məktəblər və mədəniyyət mərkəzi yaradacaq. Əlavə edib ki, Ermənistanla əməkdaşlığın inkişaf etdirilməsi rəsmi Tehranın xarici siyasətinin başlıca və prioritet istiqamətlərindən biridir.
İranda yaşayan onmilyonlarla azərbaycanlı soydaşımızın ana dilində təhsil almasına yasaq qoyan, onların hüquqlarını addımbaşı pozan molla rejimi Ermənistanla əməkdaşlığı genişləndirmək niyyətindədir. İslam pərdəsi altında Ermənistana qardaşlıq dəstəyi nümayiş etdirən cənub qonşumuz bu yolla Azərbaycana təzyiq göstərməyə çalışır. Amma və lakin... yanılır.
 
O deyib ki, İrandakı molla rejiminin sonuna az qalıb: "Güneydə oyanış hərəkatı başlayıb. Məkrli, təxribatçı, cığal ssenariləri ilə bu hərəkatın qarşısını ala bilməyəcəklər. Qüzeydə doğan günəş güneydə parlayacaq! Və sonda uduzan tərəf Azərbaycan yox, fars mollaları olacaq!
OXŞAR XƏBƏRLƏR