İsrailyönlü qruplar Qəzzadakı müharibə ilə bağlı sərt açıqlamalar verən İranın Ali Lideri Ayətullah Xamneyinin sosial media hesablarının bağlanmasını istəyib.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Meta İranın dini lideri Ayətullah Əli Xamneyini qara siyahıya salıb.
Xameneyi "zorakılıq hadisələri ilə əlaqəli" bir sıra insanların Facebook və Instagram hesablarını dayandıran Meta tərəfindən qadağan edilən adlar arasında olub.
Texnologiya nəhənginin açıqlamasında deyilir:
"Təhlükəli Qurumlar və Fərdlər qaydalarımızı dəfələrlə pozduğu üçün hesablarını sildik".
Qərara uyğun olaraq, İran liderinin ingilis və fars hesabları silinib.
Sosial medianın aktiv istifadəçisi olan Xamneyinin farsca İnstaqram hesabını 5 milyondan çox insan izləyib.
Mikayıl