İranın Baş Qərargah rəisi Moskvaya gedir

İranın Baş Qərargah rəisi Moskvaya gedir
DÜNYA
09:21 16.10.2021
364
İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Bakeri Rusiyaya səfər edəcək.

AZXEBER.COM xəbər verir ki, bu barədə İranın Moskvadakı səfirliyinin hərbi attaşesi Rza Xosravi Mokadam məlumat verib.

O, Bakerinin Rusiyanın müdafiə naziri Sergey Şoyqu tərəfindən dəvət edildiyini bildirib.

Məlumata görə, İranın Baş Qərargah rəisi Rusiya rəsmiləri ilə hərbi sahədə əməkdaşlığın inkişafı, terrorizmə qarşı mübarizə, həmçinin regional və beynəlxalq məsələləri müzakirə edəcək.
OXŞAR XƏBƏRLƏR