İranın bizimlə dərdi nə yanacağa görədir, nə də iki sürücüsünün tutulmasına görə - GERÇƏK SƏBƏB

İranın bizimlə dərdi nə yanacağa görədir, nə də iki sürücüsünün tutulmasına görə - GERÇƏK SƏBƏB
SİYASƏT
13:38 01.10.2021
1278

"İranın yük maşınlarının Qarabağa qanunsuz yanacaq daşımasıyla bağlı xəbərlər hələ ki, səngiyib. Tehran bu qanunsuzluğun qarşısını əvvəldən alsaydı, münasibətlərdə süni gərginlik yaranmazdı. Ancaq Tehranın dərdi fərqlidir”.

AZXEBER.COM xəbər verir ki, bu sözləri açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.

O, bildirib ki, Qarabağın bərpası layihələrində bir neçə İsrail şirkəti iştirak edəcəksə, orada İran şirkətləri olmayacaq: "Tehranı qıcıqlandıran nə oldu? Birincisi, Azərbaycan-Türkiyə-Pakistan birgə təlimləri, ikincisi, İsrail şirkətlərinin azad olunmuş bölgələrin bərpasında iştirakı, üçüncüsü, Azərbaycan qanunlarını pozan iranlı iki sürücünün sorğu-suala çəkilməsi və İlham Əliyevin "Anadolu” agentliyinə müsahibəsində işğal başa çatdıqdan sonra İranın hərbi təlimlərinin sərhəddə keçirilməsinin anlaşılmadığını söyləməsidir. Aydındır ki, Tehran bunlara nəsə reaksiya verəcəkdi, sadəcə, hamısının bir ağızdan dediyi "sərhədlərimizdə sionist rejimin varlığına imkan verməyəcəyik” absurd açıqlama vəziyyətin daha da gərginləşməsinə xidmət etdi. Demək istəyirlər ki, Azərbaycan İsrailin İranla sərhədində bu və ya digər şəkildə varlığına şərait yaradıb və bunun "qarşısı alınmalıdır”. Əslində söhbət bir neçə İsrail şirkətinin Qarabağın yenidən qurulmasında iştirakından gedir. Qarabağın bərpası layihələrində bir neçə İsrail şirkəti iştirak edəcəksə, orada İran şirkətləri olmayacaq. Ancaq bu bizim problem deyil, başqaları kimi İran şirkətləri də Qarabağda yenidənqurma işlərinə dəvət olunmuşdu”.


Politoloq onu da qeyd edib ki, İranın hərbi təlimləri Azərbaycanı Türkiyə və İsraillə daha sıx hərbi əməkdaşlığa sövq edəcək:

"İndi guya İran Azərbaycanla sərhəddə nümayişkənarə şəkildə hərbi təlim keçirməklə nə əldə edəcək? Tehran əks-effektlər barədə düşünməlidir. Birincisi, Türkiyə İranla sərhəddə təlimlərə başlayıb. Ankara bu yolla Tehrana mesaj göndərir ki, Azərbaycana qarşı təxribat həyata keçirmək istəsən qarşında Türkiyəni görəcəksən. İkincisi, İranın hərbi təlimləri Azərbaycanı Türkiyə və İsraillə daha sıx hərbi əməkdaşlığa sövq edəcək ki, əslində Tehran bunun əksinin reallaşmasına çalışırdı. Üçüncüsü, Tehran Azərbaycanı hədələyərkən Təbrizdə, Ərdəbildə və Güney Azərbaycanın şəhər və qəsəbələrində yaşayan azərbaycanlıların seyrçi qalacağınamı ümid edir? Dördüncüsü, İranın yeni prezidenti İbrahim Rəisi və onun mühafizəkar komandasının xarici siyasətdəki ilk addımı Azərbaycanla münasibətləri gərginləşməkdən keçəcəksə, ikinci böyük qonşusu – Türkiyə ilə də münasibətlərin inkişafına ümid etməyə bilər. Qərbin sərt sanksiyaları ilə üzləşən və iqtisadiyyatı ağır günlər yaşayan İran iki qonşusu - Azərbaycan və Türkiyə ilə münasibətlərdə ehtiyatlı olmayacaqsa, özünün problemlərini artıracaq”.

E. Şahinoğlu Azərbaycanın İrandan iki sadə tələbi olduğunu söyləyib: "Azərbaycanın İrandan iki sadə tələbi var. Birincisi, Azərbaycanın daxili işlərinə qarışma, necə ki, Azərbaycan İranın daxili işlərinə qarışmır və Tehranı tərəfdaş seçimində məsləhət vermir, ikincisi, erməni separatçılarına yanacaq daşıma. Bu iki sadə tələbə riayət olunacaqsa, İran-Azərbaycan münasibətləri Rəisidən əvvəlki axarına qayıdacaq. Sərhəddəki hərbi təlimlərə gəldikdə isə, bu təlimlər Azərbaycanın xarici və təhlükəsizlik siyasətini dəyişdirəcək gücdə deyil”.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Almaniyanın Baş Qərargah rəisi ordunu tam silahlandırmağı əmr edib
02:27 26.05.2025
Almaniyanın Baş Qərargah rəisi ordunu tam silahlandırmağı əmr edib
Ursula fon der Lyayen Trampla gömrük rüsumlarını müzakirə edib
01:22 26.05.2025
Ursula fon der Lyayen Trampla gömrük rüsumlarını müzakirə edib
Trampın xüsusi nümayəndəsi Rusiyanın Ukraynaya endirdiyi raket zərbələrinə münasibət bildirib
23:51 25.05.2025
Trampın xüsusi nümayəndəsi Rusiyanın Ukraynaya endirdiyi raket zərbələrinə münasibət bildirib
Yalçın Rəfiyev: Azərbaycan Afrika ölkələri ilə tərəfdaşlığını yüksək qiymətləndirir
23:33 25.05.2025
Yalçın Rəfiyev: Azərbaycan Afrika ölkələri ilə tərəfdaşlığını yüksək qiymətləndirir
Kilian Mbappe “Qızıl buts” mükafatını qazandı
23:29 25.05.2025
Kilian Mbappe “Qızıl buts” mükafatını qazandı
Veteran oğlu ölən anaya İŞGƏNCƏ VERİLDİ - Hadisənin TƏFƏRRÜATI
23:16 25.05.2025
Veteran oğlu ölən anaya İŞGƏNCƏ VERİLDİ - Hadisənin TƏFƏRRÜATI
KİV: Fransa iyunda Fələstini dövlət olaraq tanımağı planlaşdırır
23:10 25.05.2025
KİV: Fransa iyunda Fələstini dövlət olaraq tanımağı planlaşdırır
20 yaşlı qız dəm qazından zəhərləndi
22:50 25.05.2025
20 yaşlı qız dəm qazından zəhərləndi
Ağstafada kafedə bıçaqlanan 34 yaşlı kişinin vəziyyəti açıqlandı
22:44 25.05.2025
Ağstafada kafedə bıçaqlanan 34 yaşlı kişinin vəziyyəti açıqlandı
Rusiya MN: Ölkə ərazisində yeddi saat ərzində Ukraynaya məxsus 51 PUA vurulub
22:35 25.05.2025
Rusiya MN: Ölkə ərazisində yeddi saat ərzində Ukraynaya məxsus 51 PUA vurulub
“Putinin helikopterini vurmağa cəhd ediblər”
22:31 25.05.2025
“Putinin helikopterini vurmağa cəhd ediblər”
İsrail ordusu Qəzzada HƏMAS-ın dəniz komandosunun öldürüldüyünü bildirib
22:13 25.05.2025
İsrail ordusu Qəzzada HƏMAS-ın dəniz komandosunun öldürüldüyünü bildirib
Türkiyə Pakistanla enerji və müdafiə sahəsində əməkdaşlıq edəcək
22:04 25.05.2025
Türkiyə Pakistanla enerji və müdafiə sahəsində əməkdaşlıq edəcək
Dünya çempionatı: Bolqarıstan Slovakiyadan üstün oldu
21:58 25.05.2025
Dünya çempionatı: Bolqarıstan Slovakiyadan üstün oldu
Naxçıvanda yol qəzası nəticəsində 5 nəfər xəsarət alıb
21:44 25.05.2025
Naxçıvanda yol qəzası nəticəsində 5 nəfər xəsarət alıb
İspaniya İsrailə silah tədarükünə embarqonun tətbiqini dəstəkləyib
21:35 25.05.2025
İspaniya İsrailə silah tədarükünə embarqonun tətbiqini dəstəkləyib