“İranın BRICS-ə qəbul edilməsi böyük uğurdur”

“İranın BRICS-ə qəbul edilməsi böyük uğurdur”
DÜNYA
18:28 25.08.2023
327
İran İslam Respublikası BRICS təşkilatına üzv olub.

AZXEBER.COM xarici mətbuata istinadla xəbər verir ki, bu barədə məlumat İran dövlətinin rəsmi sosial media hesabında paylaşılıb.
İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan bunun İran üçün böyük uğur olduğunu söyləyib.
Bildirilib ki, qlobal inkişaf etməkdə olan iqtisadiyyatlar qrupuna daimi üzvlük İslam Respublikasının xarici siyasəti üçün irəliyə doğru böyük addım hesab olunur.
İran prezidenti İbrahim Rəisi ötən gün  BRICS danışıqlarında iştirak etmək üçün Cənubi Afrikanın Pretoriya şəhərinə səfər edib.

Qeyd edək ki, BRICS beş sürətlə inkişaf edən Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika Respublikası ölkələrindən ibarət təşkilatdır.

Şəbnəm
OXŞAR XƏBƏRLƏR