İranda etirazların şiddətlənməsi səbəbindən Sənəndəc şəhərində internet tamamilə kəsilib.
AZXEBER.COM Bizim.Media-ya istinadən xəbər verir ki, bu barədə "Netblocks”un sosial şəbəkə hesabında bildirilib.
Xatırladaq ki, iki gün öncə Tehranda 22 yaşlı Məhsa Əmini əxlaq polisi tərəfindən döyülərək qətlə yetirilib. Buna etiraz edən qadınlar baş örtüklərini yandırmağa başlayıblar.