İranın Ekspertlər Şurası tezliklə yeni Ali liderin adını açıqlayacaq

İranın Ekspertlər Şurası tezliklə yeni Ali liderin adını açıqlayacaq
DÜNYA
01:19 04.03.2026
208
İran yaxın saatlarda və ya günlərdə İslam Respublikasının yeni Ali liderini seçmək üçün Ekspertlər Şurasının səsverməsinin nəticələri rəsmi olaraq açıqlayacaq.

Bu barədə İran mətbuatı xəbər yayıb.

"Ali lider Ayətullah Əli Xameneinin ABŞ-İsrail hücumlarında ölümündən sonra İran yeni lider seçmək prosesinə başlayıb. Biz bir daha dünyaya İslam sisteminin birliyini və davamlılığını nümayiş etdirməliyik", - açıqlamada deyilir.

Bu gün ABŞ və İsrail qüvvələri tərəfindən vurulan Ekspertlər Şurasının Qumdakı binada keçirilməsi ilə bağlı şayiələr də təkzib olunur.

"Qumdakı Ekspertlər Şurasının binasına hücumla bağlı məlumat doğru idi, lakin həmin yerdə heç bir iclas keçirilməyib. Təhlükəsizlik səbəbləri və üzvlərinin həyatını qorumaq üçün Ekspertlər Şurası iclaslarını fərqli səsvermə metodundan istifadə ilə məsafəli rejimdə davam etdirib", - məlumatda deyilir.

Məlumatlı mənbələr həmçinin qeyd ediblər ki, səsvermə son mərhələdədir və ölkənin yeni liderinin adı tezliklə açıqlanacaq.

Xatırladaq ki, İranın Ali rəhbəri Əli Xamenei ABŞ və İsrailin hücumları nəticəsində öldürülüb.

/report
OXŞAR XƏBƏRLƏR