AZXEBER.COM xəbər verir ki, bu barədə Yaxın Şərq hava nəqliyyatının idarə olunması dairələrindəki mənbə məlumat verib.
Qeyd olunub ki, İran səması 12 apreldə yerli vaxtla təxminən saat 8:30-a qədər uçuşlar üçün bağlı olacaq.
Mənbə qeyd edib ki, qadağanın istisnaları hökumət, hərbi və tibbi təyyarələrin uçuşları, eləcə də mülki aviasiya orqanının xüsusi icazəsi ilə axtarış-xilasetmə uçuşları üçün tətbiq oluna bilər.
Xatırladaq ki, İranın hava məkanı 28 fevral səhəri ABŞ-İsrail hərbi əməliyyatının başlamasından sonra bağlanıb. Tehran da daxil olmaqla, İranın böyük şəhərləri zərbələrə məruz qalıb.
/report











































