İranın hava məkanı nə vaxtadək bağlı qalacaq?

İranın hava məkanı nə vaxtadək bağlı qalacaq?
DÜNYA
11:48 01.03.2026
304
İranın hava məkanı martın 3-ü, günün birinci yarısına qədər bağlı qala bilər.

AZXEBER.COM xəbər verir ki, bu barədə TASS agentliyinə aviadispetçer dairələrindəki mənbə bildirib.

"Son məlumatlara görə, ölkənin hava məkanı təxminən martın 3-ü ümumdünya vaxtı (UTC) ilə saat 08:30-a qədər (Bakı vaxtı ilə saat 12:30 - red.) bağlıdır", - deyə agentliyin həmsöhbəti qeyd edib.

Bir müddət əvvəl qeyd olunmuşdu ki, Qətər, Küveyt və Bəhreynin hava məkanı da gözlənildiyi kimi Bakı vaxtı ilə saat 14:00-a kimi bağlı qalacaq. Həmçinin İraq, İsrail, Suriya və BƏƏ üzərindən uçuşlar da dayandırılıb.
 
Oxu.Az 
OXŞAR XƏBƏRLƏR