İranın Həmədan şəhər həbsxanasında biri qadın olmaqla iki məhbus dar ağacından asılıb

DÜNYA
20:10 17.10.2024
154
İranın Həmədan şəhərinin zindanında biri qadın olmaqla iki məhbus dar ağacından asılıb.

AZXEBER.COM "Report”a istinadən xəbər verir ki, məlumatı "Azad İran” yayıb.

Məlumata görə, hər iki məhbus narkotik maddələrin qanunsuz satışı ilə məşğul olmaqda ittiham edilib. İnqilab Məhkəməsi onlar barəsində ölüm hökmü çıxarıb.

Bildirilib ki, 2023-cü il oktyabrın 10-dan 2024-cü il oktyabrın 8-dək müddət ərzində İran həbsxanalarında dördü uşaq olmaqla ən azı 811 vətəndaş edam edilib. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 23 faiz çoxdur.
OXŞAR XƏBƏRLƏR