İranın müdafiə naziri: İsrail müharibəsindən sonra yeni raketlər istehsal etdik

İranın müdafiə naziri: İsrail müharibəsindən sonra yeni raketlər istehsal etdik
DÜNYA
13:27 20.08.2025
248
İranın müdafiə naziri Əziz Nəsirzadə İsrailin 12 günlük hücumlarından sonra "üstün xüsusiyyətlərə” malik yeni raketlər istehsal etdiklərini açıqlayıb.
 
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Nəsirzadə "Müdafiə Sənayesi Günü” münasibətilə etdiyi çıxışda ölkəsinin yeni silah texnologiyaları haqqında məlumat verib.

Nəsirzadə, "12 günlük müharibədə istifadə edilən raketlər bir neçə il əvvəl Müdafiə Nazirliyinin istehsal etdiyi raketlər idi. Bu gün biz əvvəlki raketlərdən çox üstün xüsusiyyətlərə malik raketlər istehsal etmişik" dedi.

İranlı nazir qeyd edib ki, İsrail yenidən hücuma keçərsə, yeni raketlərdən istifadə edəcəklər.
 
Gülay
OXŞAR XƏBƏRLƏR