İranın müdafiə naziri Əziz Nəsirzadə Türkiyəyə səfər edib.
AZXEBER.COM Unikal-a istinadən xəbər verir ki, səfər gündəliyinə İran və Türkiyə arasında müdafiə və hərbi əlaqələrin inkişafı daxildir.
"Türkiyə və İran regional və beynəlxalq məsələlərə, eləcə də bütün İslam dünyasına təsir edən iki İslam dövlətidir. Xüsusilə müdafiə sahəsində əməkdaşlığın dərinləşdirilməsi sərhədlərdə sabitliyin və təhlükəsizliyin möhkəmlənməsinə töhfə verəcək. Bölgənin üzləşdiyi böhranlarla bağlı da qərarlar veriləcək”, - deyə Nəsirzadə vurğulayıb.