"İranın mülki şəxsləri hədəf alan hücumları beynəlxalq hüquqa ziddir" - İspaniya XİN
SİYASƏT
22:11 05.03.2026
179
İspaniya hökuməti İranın Türkiyə və Azərbaycana qarşı son hücumlarını kəskin şəkildə pisləyir.
AZXEBER.COM xəbər verir ki, İspaniya Xarici İşlər Nazirliyinin X səhifəsində bu barədə bildirilib.
Qeyd olunub ki, İranın mülki şəxsləri hədəf alan hücumları beynəlxalq hüquqa tamamilə ziddir. Ölkələrin suverenliyi və ərazi bütövlüyünün kobud şəkildə pozulması eskalasiya riskini artırır.