İranın Naxçıvanı vurması təsadüfi deyil: Azərbaycana hücumun nəticələri onlar üçün ağır olacaq

İranın Naxçıvanı vurması təsadüfi deyil: Azərbaycana hücumun nəticələri onlar üçün ağır olacaq
SİYASƏT
15:17 05.03.2026
330
Xəbər verdiyimiz kimi, İran ordusuna məxsus uzaq mənzilli "Arash-2” dronu Naxçıvan beynəlxalq hava limanına düşüb, nəticədə hava limanına ziyan dəyib və 4 mülki şəxs xəsarət alıb. Hadisədən dərhal sonra İranın Bakıdakı səfiri Müctəba Dəmirçilu Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılıb. Azərbaycan tərəfi kəskin etirazını bildirib və müvafiq nota təqdim edəcək. Müdafiə Nazirliyi qeyd edib ki, bu hücum aktları cavabsız qalmayacaq. Xarici İşlər naziri Ceyhun Bayramov bildirib ki, İran qısa müddətdə izahat verməlidir.
 
Milli Məclisin deputatı Fazil Mustafa AZXEBER.COM-a açıqlamasında deyib ki, İran qonşu dövlətləri müharibəyə sürükləyir:

"Bu məsələ mütləq aydınlaşdırılmalıdır. İranda hazırda başıpozuq bir vəziyyət mövcuddur. Demək olar ki, mərkəzləşmiş idarəetmə sistemi sıradan çıxıb. Tehranın ABŞ və İsrail qüvvələri tərəfindən vurulması, mühüm dövlət obyektlərinin məhv edilməsi artıq ölkənin haradan və necə idarə olunduğunu dəqiq söyləməyə imkan vermir.


Amma bütün hallarda bu hadisənin məqsədyönlü şəkildə həyata keçirildiyi ehtimalı böyükdür. Çünki sanki qonşu dövlətləri də münaqişə alovuna çəkmək xətti izlənilir”.

Parlamentari qeyd edib ki, molla rejimi kimi idarə olunan ölkələrdə insan həyatı ilə bağlı məsuliyyət hissi zəif olur:

"İran son anda vəziyyəti dəyişmək imkanı olsa belə, özlərinin məhvi bahasına fanatik dindarlıq nümayiş etdirərək bölgəni də məhvə və xaosa sürükləmək niyyətində olduqlarını göstərirlər. Bu düşüncə tərzi ilə, molla rejimi tərəfindən idarə olunan dövlətlərin aqibəti adətən belə olur. Belə rejimlərdə insan həyatı ilə bağlı məsuliyyət hissi zəif olur. İnsanı ideologiyaya qurban verməyə hazır olan bir düşüncə bütün bölgəni də alova sürükləməyə meylli görünür”.

Deputat deyib ki, İrandan gələcək cavabları gözləməliyik:

"Eyni vaxtda bütün ərəb ölkələrinə qarşı belə addımların atılması, Türkiyəyə raketlərin yönəldilməsi və ardınca Naxçıvana dronların istiqamətləndirilməsi heç bir halda təsadüfi prosesə bənzəmir. Ona görə də biz bu istiqamətdə, müttəfiqlərimizlə məsləhətləşərək addımlar atmalıyıq. İlk növbədə İrandan gələcək cavabları gözləməliyik. Çünki bunun izahı verilməli və bu addımın hansı məqsədlə atıldığı aydınlaşdırılmalıdır. Ondan sonra isə atacağımız addımlar daha dəqiq müəyyənləşəcək. İran bu məsələyə düzgün açıqlama verməsə, bu hadisənin nəticələri ağır olacaq”.
 
Politoloq Şahin Cəfərli isə AZXEBER.COM-a açıqlamasında deyib ki, İranda hazırda vahid hərbi və siyasi idarəetmədən danışmaq mümkün deyil:

"Bu hadisənin arxasında sionistlərin ola biləcəyinə dair fərziyyələr irəli sürülür. Onlar məsələyə rasional məntiq çərivəsində yanaşırlar, halbuki son günlər dəfələrlə ifadə etdiyimiz kimi, İranda hazırda vahid, mərkəzləşdirilmiş hərbi və siyasi idarəetmədən danışmaq mümkün deyil. Yerlərdəki siyasi idarəçilərə və hərbi komandirlərə sərbəstlik verilib. Bunlar Tehrandan icazə və ya əmr gözləmədən müstəqil hərəkət edirlər. SEPAH hərbi birləşmələrinin əllərində koordinatlar var və o koordinatlar üzrə raket, dron buraxılışlarını həyata keçirirlər”.

O bildirib ki, dinc dövrlərdə də İranın Azərbaycana münasibəti hər zaman aqressiv olub:

"Dinc dövrlərdə də İranın Azərbaycana münasibəti hər zaman aqressiv olub. 1991-ci il 19 oktyabrdan etibarən İran rejimi Azərbaycan Respublikası adlı dövlətin mövcudiyyətini və müstəqilliyini həzm edə bilməyib. Azərbaycanı tanımaqda bir müddət tərəddüd ediblər və bütün dünyanın tanımağa başladığını gördükdən sonra - dekabrın 25-də tanıyıblar. 2001-ci ilin iyulunda İran hərbi təyyarələri istər Xəzər, istərsə quru ərazilərimiz üzərindəki hava məkanımızı dəfələrlə pozub, yalnız Türkiyə hərbi aviasiyası Bakıya gəlib, nümayiş uçuşları keçirdikdən sonra İran bu təxribatlarını dayandırmağa məcbur olub. Ayətullah Lənkəraninin fətvasından sonra 2011-ci ildə Bakıda yazışı Rafiq Tağının qətli,"Eurovision 2012” musiqi yarışmasının Bakıda keçirilməsinə etiraz olaraq Təbrizdəki Azərbaycan Konsulluğu qarşısında aqressiv etiraz aksiyalarının təşkili və səfirlərin qarşılıqlı geri çağırılması, Nardaranda faktiki olaraq İrana bağlı muxtar idarəçilik qurulması və 2015-ci ilin noyabrında orada keçirilən əməliyyat zamanı silahlı müqavimət göstərilərək 2 polisin öldürülməsi, 2018-ci ildə Gəncədə "Elmar Vəliyev hadisəsi” zamanı İrana yaxın şəxslər tərəfindən 2 polis zabitinin qətli, eləcə də digər bilinənlər niyə unudulur”.

Politoloq qeyd edib ki, Qarabağ qələbəsi zamanı da İrandan Azərbaycana belə addımlar olub:

"Qarabağ qələbəsindən sonra baş verənlər isə ümid edirəm ki, yaddaşlarda hələ qalır. SEPAH generalları, onlara yaxın üləma, siyasətçilər və media tərəfindən Azərbaycanın dəfələrlə açıq şəkildə hədələnməsi, sərhəddə keçirilən hərbi təlimlərin birində Azərbaycana hücumun imitasiya olunması yəqin ki, İsrail agentləri tərəfindən edilməmişdi. Ona görə də, "axı, bu, İranın nəyinə lazımdır” şəklində fikirlər ya sadəlövhlükdür, ya da rejimi təmizə çıxarmağa yönəlmiş məqsədli manipulyasiyadır”.

Şahanə Ziyad 

Yazı Medianın İnkişafı Agentliyinin "ictimai və dövlət maraqlarının müdafiəsi” mövzusunda dərc edilib.
 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Gürcüstan XİN rəhbəri İranın Azərbaycana dron hücumundan narahatlığını bildirib
16:39 05.03.2026
Gürcüstan XİN rəhbəri İranın Azərbaycana dron hücumundan narahatlığını bildirib
“Bu şərəfsizlər peşman olacaqlar”
16:34 05.03.2026
“Bu şərəfsizlər peşman olacaqlar”
"Bütün bunların müqabilində çirkincə, namərdcə, nakişi kimi Naxçıvana zərbə endirdilər" - İlham Əliyev
16:27 05.03.2026
"Bütün bunların müqabilində çirkincə, namərdcə, nakişi kimi Naxçıvana zərbə endirdilər" - İlham Əliyev
Prezident: Silahlı Qüvvələrimiz bir nömrəli səfərbərlik vəziyyətinə gətirilib
16:23 05.03.2026
Prezident: Silahlı Qüvvələrimiz bir nömrəli səfərbərlik vəziyyətinə gətirilib
Azərbaycan lideri: İstənilən bəd qüvvə onlara qarşı bizim "Dəmir yumruğ"umuzu görəcək
16:20 05.03.2026
Azərbaycan lideri: İstənilən bəd qüvvə onlara qarşı bizim "Dəmir yumruğ"umuzu görəcək
Prezident: İran tərəfindən Azərbaycan dövlətinə qarşı terror aktı törədildi
16:18 05.03.2026
Prezident: İran tərəfindən Azərbaycan dövlətinə qarşı terror aktı törədildi
Prezident sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçiridi
16:17 05.03.2026
Prezident sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçiridi
Azal: Naxçıvanla nəqliyyat əlaqəsinin təmin edilməsi üçün alternativ reyslər təşkil edilib
16:15 05.03.2026
Azal: Naxçıvanla nəqliyyat əlaqəsinin təmin edilməsi üçün alternativ reyslər təşkil edilib
“Sabahın alimləri” XV Respublika layihə müsabiqəsinin qalibləri mükafatlandırıldı
16:12 05.03.2026
“Sabahın alimləri” XV Respublika layihə müsabiqəsinin qalibləri mükafatlandırıldı
Naxçıvanda mülki infrastruktura dronla hücumla bağlı cinayət işi başlanıb
15:52 05.03.2026
Naxçıvanda mülki infrastruktura dronla hücumla bağlı cinayət işi başlanıb
Rəsmi Təl-Əviv İranın Naxçıvana dron hücumlarını pislədi: Tehrandakı rejim xaos yayır
15:50 05.03.2026
Rəsmi Təl-Əviv İranın Naxçıvana dron hücumlarını pislədi: Tehrandakı rejim xaos yayır
Leyla və Arzu Əliyevalar “Leyla Medical Center”in Pediatriya Mərkəzində
15:38 05.03.2026
Leyla və Arzu Əliyevalar “Leyla Medical Center”in Pediatriya Mərkəzində
NATO Baş katibi: İranın Türkiyəyə raket atması 5-ci maddə üçün əsas yaratmır
15:36 05.03.2026
NATO Baş katibi: İranın Türkiyəyə raket atması 5-ci maddə üçün əsas yaratmır
İranın Naxçıvanı vurması təsadüfi deyil: Azərbaycana hücumun nəticələri onlar üçün ağır olacaq
15:17 05.03.2026
İranın Naxçıvanı vurması təsadüfi deyil: Azərbaycana hücumun nəticələri onlar üçün ağır olacaq
Müharibə İrana necə təsir edəcək? - Amerikalı politoloqdan özəl açıqlama
15:04 05.03.2026
Müharibə İrana necə təsir edəcək? - Amerikalı politoloqdan özəl açıqlama
Qətər İranın Azərbaycana dron hücumlarını pislədi
15:01 05.03.2026
Qətər İranın Azərbaycana dron hücumlarını pislədi