İranın qərbində qaz kəməri partlayıb, ölənlər var

İranın qərbində qaz kəməri partlayıb, ölənlər var
DÜNYA
17:56 25.05.2024
147
İranın qərbindəki Abdanan şəhərində qaz kəmərində partlayış baş verib.

AZXEBER.COM xəbər verir ki, bu barədə ISNA məlumat yayıb.

"Partlayış nəticəsində yaxınlıqdakı ev dağılıb. İki işçi ölüb, ikisi yaralanıb", - şəhər administrasiyasının açıqlamasında bildirilir.

İlkin məlumatlara görə, partlayış özəl telekommunikasiya şirkətlərindən birinin qazıntı işləri aparması və təhlükəsizlik qaydalarına əməl edilməməsi səbəbindən baş verib.
OXŞAR XƏBƏRLƏR