İranın sabiq prezidentinin qızı beş il müddətinə azadlıqdan məhrum edildi

İranın sabiq prezidentinin qızı beş il müddətinə azadlıqdan məhrum edildi
DÜNYA
11:59 10.01.2023
211
İran məhkəməsi ölkə parlamentinin keçmiş üzvü, qadın hüquqları müdafiəçisi, İranın keçmiş prezidenti Haşemi Rəfsəncaninin qızı Faezə Rəfsəncaniyə hökm oxuyub.

Hökmə əsasən, Faezə Haşimi-Rəfsəncani beş il müddətinə azadlıqdan məhrum edilib.

Məlumatı Faezə Rəfsəncaninin vəkili Nida Şəmsi yayıb.

60 yaşlı qadına qarşı "ölkənin təhlükəsizliyinə qarşı fəaliyyət” və "mövcud hakim sistemə qarşı əks-təbliğat” ittihamları irəli sürülüb.

Vəkil hökmdən apellyasiya şikayəti verəcəklərini söyləyib.
OXŞAR XƏBƏRLƏR