İranın şimalında avtobus qəzaya uğrayıb, azı 55 nəfər xəsarət alıb

DÜNYA
18:12 08.09.2024
147
İranın şimalında avtobusun yük avtomobili ilə toqquşması nəticəsində azı 55 nəfər xəsarət alıb.

AZXEBER.COM xəbər verir ki, bu barədə IRNA xəbər agentliyi məlumat yayıb.

Hadisə Rəzəvi Xorasan əyalətində Səbzevər-Nişapur yolunda qeydə alınıb.

Xəsarət alan 55 nəfərdən 5-nin vəziyyəti ağırdır.

Hadisə yerinə 4 təcili yardım maşını cəlb olunub.
OXŞAR XƏBƏRLƏR