“İranın uzantıları dövlətimizi hədəfə alır” – Azər Həsrət

“İranın uzantıları dövlətimizi hədəfə alır” – Azər Həsrət
SİYASƏT
16:08 12.10.2026
155
"İran Azərbaycan müstəqilliyini əldə etməyə başladığı dövrdən bu günə qədər ölkəmizdə din adı altında maskalanaraq özünə bir şəbəkə qurub”

Bu sözləri AZXEBER.COM-a açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib. 

O qeyd edib ki, İranın bu şəbəkəsi zaman-zaman siyasi proseslərə qarışıb:

"İranın bu şəbəkəsi zaman-zaman siyasi proseslərə qarışıb, hətta bəzən öndərlik etmək istəyib. Təbii ki, dövlətin sərt münasibəti ilə üzləşdikdən sonra geri çəkilməyə məcbur olub. Lakin bu şəbəkə birdəfəlik aradan qaldırılmadığına görə İran bir növ geri çəkilərək yeni hazırlıqlar üçün şərait yaradıb; onları maliyyələşdirib, qızışdırıb, beyinlərini yuyub, zombiləşdirib, manqurtlaşdırıb və öz dövlətinə qarşı kökləyə bilib. Həmin vətəndaşlar zaman-zaman baş qaldırır, dövlətə qarşı üsyan etmək istəyirlər. Hətta İranla Azərbaycan arasında seçim etməli olduqda İranı seçəcəklərini deyirlər. Bəhanələri də budur ki, guya Azərbaycanda İslam dini sıxışdırılır. Halbuki Azərbaycan dövləti İslam dini də daxil olmaqla, bütün dinlərə yüksək səviyyədə qayğı göstərir. Prezident İlham Əliyevin özü də İslam dininə daim qayğı göstərir. Bundan əlavə, beynəlxalq platformalarda islamofobiya məsələlərini gündəmə gətirir, yəni İslamı müdafiə edir”. 

A.Həsrət vurğulayıb ki, İranın uzantıları olan bu şəxslər Azərbaycan dövlətini, onun liderini və dövlət qurumlarını hədəfə alır:

"İranın uzantıları olan bu şəxslər və şəbəkə Azərbaycan dövlətini, onun liderini və dövlət qurumlarını hədəfə alır. Nəticə etibarilə onların məqsədi Azərbaycanda dünyəvi dövlət quruluşunu devirib, onun yerində dini, şəriətçi, hətta məzhəbçi bir dövlət qurmaqdır. Təbii ki, Azərbaycan xalqının böyük əksəriyyəti bunu istəmir və buna qarşıdır. Ona görə də İranla bağlı şəbəkə zaman-zaman baş qaldıranda bu adamlar xalqın böyük reaksiyası ilə üzləşirlər. Yəni dövlət və xalq onları yerlərində oturtmağa məcbur olur. (Bu dəfə də belədir: onlar yerlərində oturdulacaqlar. Təbii ki, Bakı şəhərində sözügedən təxribatları törətməyə cəhd göstərən, məktəblərin qapılarının şüşələrini sındıran şəxslər mütləq cəzalarını alacaqlar”.

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR