İranın xarici işlər naziri Abbas Araqçi Çinə səfər edəcək.
AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bəqai bildirib.
O qeyd edib ki, Abbas Araqçi sabah Şanxay Əməkdaşlıq Təşkilatının xarici işlər nazirlərinin sammitində iştirak etmək üçün Çinə səfər edəcək.