İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif İraqa səfərə yola düşüb.
Trend IRINN TV-yə istinadən məlumat verir ki, M.C.Zərif səfər çərçivəsində xarici işlər naziri Hüşyar Zibari, Baş nazir Nuri əl-Maliki, vitse-prezident Xudeyr əl-Xəzayi, parlamentin spikeri Üsamə əl-Nəcəfi və İraqın digər rəsmi şəxsləri ilə görüşüb danışıqlar aparacaq.
Səfər zamanı ikitərəfli münasibətlər, həmçinin regional və qlobal məsələlər müzakirə olunacaq.
İran KİV-ləri bildirir ki, görüşlər zamanı ABŞ-ın Suriyaya mümkün hücumu və İranın nüvə proqramı da müzakirə ediləcək.
Qeyd edək ki, İraqa səfər İran xarici işlər nazirinin ötən ay bu vəzifəyə təyin edilməsindən sonra ilk xarici rəsmi səfəri olacaq.