İranın xarici işlər naziri Abbas Araqçi Moskvaya səfər edib.
Bu barədə İranın "IRNA" agentliyi məlumat yayıb.
Məlumata görə, Araqçi ABŞ və İsrailin İran ərazisinə endirdiyi zərbələrlə bağlı regional və beynəlxalq gündəmin əsas məsələlərini müzakirə etmək üçün Rusiya lideri və yüksək vəzifəli rəsmilərlə məsləhətləşmələr aparmağı planlaşdırır.