İranın xoşbəxt gənclərinə şallaq cəzası - FOTO + VİDEO

DÜNYA
11:39 19.09.2014
7265

Gənclər 6 ay həbs cəzası da alıblar.

Rəqs edərək klip çəkdirən gənclər haqqında İran məkhəməsi qərar qəbul edib.

May ayında Farel Uilyamsın “Happy” mahnısına rəqs edərək klip çəkdirən 6 iranlı gənc məlum videodan sonra nəzarətə götürülmüşdü. May ayından indiyə qədər nəzarətdə saxlanılan gənclər haqqında bu günlərdə qərar qəbul olunub.

Üçü qız, üçü oğlan olan 6 gəncə 91 şallaq vurulacaq. Həmçinin gənclər 6 ay da həbs cəzası alıblar.

Lakin cəza hələlik həyata keçirilməyəcək. Gənçler 3 il nəzarət altında saxlanılacaqlar. Bu kimi başqa bir problem də yaradacaqları təqdirdə məhkəmənin verdiyi qərarla cəzaları həyata keçiriləcək.

İran qanunlarına görə, heç bir çılğınlığa və səhv hərəkətə yol verməsələr, cəza ləğv olunacaq.
///Axar.az

OXŞAR XƏBƏRLƏR