İranın yeni ali dini liderinin adı açıqlandı - Görün kim oldu

İranın yeni ali dini liderinin adı açıqlandı - Görün kim oldu
SOSİAL
22:43 08.03.2026
2520
İranın mərhum Ali Lideri Seyid Əli Xameneinin oğlu Müctəba Xamenei onun varisi seçilib.

AZXEBER.COM "Reuters”ə istinadən xəbər verir ki, bu barədə Ayətullah Hüseynəli Eşkevari məlumat verib.

Eşkevari bildirib ki, Xameneinin adı davam edəcək.

"Səsvermə başa çatıb və tezliklə elan ediləcək”, - deyə o əlavə edib.

Ekspertlər Şurasının katibi Hüseyni Buşehri də məlumatı təsdiq edib.

Qeyd edək ki, İran Ekspertlər Məclisi Ali Rəhbərin varisi ilə bağlı razılığa gəlindiyini açıqlamışdı. Ancaq onun kimliyi barədə məlumat verilməmişdi.
OXŞAR XƏBƏRLƏR