İranın yeni prezidenti kimdir?

DÜNYA
01:10 17.06.2013
2291
İranın yenicə seçilmiş prezidenti Həsən Ruhani mötədil bir dindar kimi tanınır
O, 2003-2005-ci illərdə sabiq prezident Məhəmməd Xatəminin hakimiyyəti dövründə baş nüvə müzakirəçisi vəzifəsində çalışıb.Prezident Mahmud Əhmədinejaddan fərqli olaraq Ruhani nüvə proqramı kimi beynəlxalq müstəvidə mübahisələrə yol açan məsələlərdə daha yumşaq mövqe tutur. Baxmayaraq ki, o, Qərbə boyun əyilməyəcəyi barədə xəbərdarlıqla çıxış edir.Həsən Ruhani beynəlxalq sanksiyaların ləğvi də daxil edilməklə, bir sıra məsələlərin həllində dünya ictimaiyyəti ilə konstruktiv əlaqələr yaradacağına vəd verib.Mötədil ruhaninin qələbəsinə sabiq prezidentlər Əkbər Haşemi Rəfsəncani və Məhəmməd Xatəminin onu dəstəkləməsi yardım edibHəsən Ruhani 1948-ci ildə İranın Sorxe şəhərində anadan olub.Hüquqşünaslıq üzrə doktorluq dərəcəsinə Şotlandiyanın Qlasqou Kaledonian Universitetində yiyələnib.

OXŞAR XƏBƏRLƏR