İranın yük avtomobili Ermənistanda qəzaya uğradı - 6 nəfər yaralandı

İranın yük avtomobili Ermənistanda qəzaya uğradı - 6 nəfər yaralandı
DÜNYA
19:46 09.09.2021
1135
Ermənistanda İrəvan-Meğri avtomobil yolunun 329-cu km-liyində İran İslam Respublikası dövlət nömrə nişanlı "Scania” markalı yük maşınının "QAZel” mikroavtobus maşrutu ilə toqquşması nəticəsində 6 nəfər yaralanıb.

Bildirilib ki, yük maşınının qarşı tərəfin hərəkət zolağına çıxması nəticəsində qəzanın baş verdiyi ehtimal edilir.

Mikroavtobus Qafan-Qacaran marşrut xəttində xidmət edir. "Scania” isə Ermənistanın Qafan rayonuna gedirmiş.
 
//Report
OXŞAR XƏBƏRLƏR